Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumatına görə, Nigeriya İslam Hərəkatının lideri Şeyx Seyid İbrahim Zəkzaki tərbiyə və təbliğ komitəsinin yekun iclasında çıxış edərək İslam dinin çağırışlarının çatdırılmasının əhəmiyyətinə toxunaraq bildirib ki, bizdən əvvəlki nəsillərin bu dəvətlərin çatdırması sayəsində din bu günə qədər qorunub saxlanılıb. Bu gün də dinin dəvətini çatdırmaq hər bir müsəlmanın ömrünün sonuna qədər üzərində olan bir vəzifədir.
Şeyx Zəkzaki əlavə edib: Necə ki, İmam Hüseyn (ə) həyatının son anlarına qədər belə öz qatillərinə nəsihət edirdi, din də məhz bu cür qorunaraq nəsildən-nəslə ötürüləcəkdir.
O, eyni zamanda saleh əməl vasitəsilə təbliğin əhəmiyyətini vurğulayaraq deyib: İlahi dəvəti əməl ilə çatdırmaq, onu sözlə və səslə çatdırmaqdan daha təsirlidir.
O, çıxışının davamında qeyd edib ki, tarixdə olduğu kimi, bu gün də hakimlər və onların tərəfdarları tərəfindən sınaq və təzyiqlərlə üzləşmək qaçılmazdır. Lakin sonda Allah-Taalanın vəd etdiyi kimi möminlər qalib gələcək.
Nigeriya İslam Hərəkatının lideri sonda insanları hikmət və gözəl üsulla dəvət etməyin, onların daha yaxşı anlamasına kömək edən yanaşmalar seçməyin vacibliyini vurğulayıb və sərt, uyğun olmayan metodlardan çəkinməyə çağırıb.






Rəyiniz